İnsanlara hürriyət, millətlərə istiqlal!

Oksana atasının fotosunu paylaşıb bu sözləri yazdı

Aktrisa Oksana Rəsulova arxiv fotolarını paylaşıb.

Musavat.com xəbər verir ki, sənətçi atası ilə olan şəklini izləyicilərilə bölüşüb.

Oksana paylaşımına "Atam və mən" qısa şərhini yazıb.

Qeyd edək ki, Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Şirvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. Daha sonra ailəsi ilə birlikdə Rusiyaya köçən Oksana uzun müddət orada yaşayıb. Rəqs təhsilini davam etdirib və Uşaq Xareoqrafiya məktəbinə daxil olub. Rəqslə paralel olaraq orta təhslini də davam etdirən Oksana daha sonra Tibb Akademiyasına daxil olur və ginekologiya ixtisası üzrə təhsil alır.

İki il ixtisası üzrə işləyir, lakin gələcəyini rəqssiz təsəvvür etməyən Oksana həkimliyin daşını atıb, hind rəqsləri ilə daha ciddi məşğul olmağa başlayır.

Hazırda Oksana Rəsulova aktrisa kimi fəaliyyət göstərir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR