Onlayn ictimai-siyasi qəzet
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib.
Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağa isə arabir qar yağması müşahidə olunub.
Düşən yağıntının miqdarı İsmayıllıda 55 (aylıq normanın 46 %-i), Hacıqabulda 54 (aylıq normanın 203 %-i), Qəbələdə 50 (aylıq normanın 42 %-i), Kürdəmirdə 40 (aylıq normanın 105 %-i), Qobustanda 33 (aylıq normanın 64 %-i), Şamaxıda 26 (aylıq normanın 37 %-i), Şəkidə 25 (aylıq normanın 24 %-i), Oğuzda 21 (aylıq normanın 20 %-i), Qrızda 21 (aylıq normanın 25 %-i), Göyçayda 20 (aylıq normanın 32 %-i), Xaltanda 20 (aylıq normanın 23 %-i), Ağsu, Qusar, Altıağacda 13, İmişli, Qaxda 12, Bakıda və Abşeron yarımadasında 9 (aylıq normanın 45 %-i), Gədəbəy, Şahbuzda 10, Quba, Culfa, Lənkəran, Zərdab, Cəlilabad, Şabran, Sabirabad, Zaqatala, Yardımlı, Daşkəsən, Astara, Şərur, Lerik, Biləsuvar, Yevlax, Ağdam, Sədərək, Kəlbəcər, Laçın, Şuşa, Ordubad, Göygöl, Balakən, Tərtər, Bərdə, Mingəçevir və Naxçıvanda 1-7 mm-dək təşkil edir.
Mayın 6-da saat 19:52-19:56 radələrində Kəlbəcər rayonuna diametri 8 mm olan dolu düşüb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-da 12, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ