Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Aybəniz Haşımov bacısı, Xalq artisti Şahnaz Haşımovanı ad günü münasibəti ilə təbrik edib.
Müğənni bu barədə sosial media hesabında video yayımlayıb.
"Bu səslə böyüdüm. Gedəcəyim yolu tanımırdım, amma gedirdim. Amma o səs məni aparıdı, sanki bir mayaq, işıq idi mənim üçün. Özüm də təəccüblü qalırdım ki, qaranlıq yollardan necə keçə bildim. Həyatımda yeganə səsdir ki, məni ağladır. Deyirlər, ana laylası yaman kövrək olur. Mənim laylam, Şahnaz Haşımovadır. Mənim ömür yoldaşım, alın yazım, həyat eşqim Şahnaz səsidir. Bəlkə də məni dünyaya o gətirib. Məncə mənim anam da odur. Həmişə var ol, çox yaşa, sağlam yaşa. Bu həyat səni sarsıtmasın, peşman etməsin. Həmişə çalışmışam ki, sənin qarşında utanmayım. Məncə bunu bacardım. Saysız təbriklər gələcək sənə, amma bir təbrik var ki, onu itirməyəcəksən. Onun adı Aybənizdir" deyə, sənətçi bildirib. (Axşam.az)
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ