İnsanlara hürriyət, millətlərə istiqlal!

Ona ərə getməkdən imtina edən əmisi qızını və özünü ÖLDÜRDÜ - DƏHŞƏTLİ QƏTL

İranın cənub bölgəsində 25 yaşlı Alireza Vesal-Mofard qeyri-adi və dəhşətli bir cinayət törədib. O, uşaqlıqdan aşiq olduğu 24 yaşlı əmisi qızı Mahranın ona ərə getməkdən imtina etməsindən sonra onu qətlə yetirib.

Musavat.com xəbər verir ki, Alireza məktəb illərindən bəri Mahraya qarşı xüsusi hisslər bəsləyib. Lakin Mahra onu yalnız qohum və ailə üzvü kimi görür, sevgisinə cavab vermirmiş. Bir müddət əvvəl Alireza Mahraya evlənmə təklifi etsə də, gənc qız bu təklifə gülərək “bu, mümkün deyil” cavabını verib.

Rədd cavabını qüruruna sığışdıra bilməyən Alireza qisas almağa qərar verib. O, Mahranın işlədiyi aptekə basqın edərək onu başından güllələyib. Daha sonra isə qızın cəsədi yanında intihar edib.

Toğrul İSMAYIL, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

04 May 2025

BÜTÜN XƏBƏRLƏR