İnsanlara hürriyət, millətlərə istiqlal!

Onların məhkəməsi başlayır - Ağalarov da ifadə verəcək

İyulun 21-də  “Crocus City Hall”da terror törədənlər məhkəmə qarşısına çıxarılır

“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı  məhkəmə başlayır.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, 2-ci Qərb Dairə Hərbi Məhkəməsində hazırlıq iclası iyulun 21-nə təyin edilib.  

“Crocus City Hall”da faciə 22 mart 2024-cü ildə baş verib. Terror aktı nəticəsində 145 nəfər ölüb,  500-dən çox insan yaralanıb.Cinayət işi çərçivəsində 18 nəfər həbs edilib.Cinayət işində ümumilikdə 19 nəfər  ittiham  edilir. Bunların dördü terror aktında birbaşa iştira edən taciklərdir- Şəmsiddin Fəriduni, Dalerdjon Mirzoyev, Məhəmmədsobir Faizov, Səidəkram Rəçabalizoda.

maxresdefault.jpg (84 KB)

Digər müttəhimlər onlara həm könüllü, həm də cinayətb əməllərinin bilməyərəkdən kömək edənlərdir.  Bələ ki, bəziləri kirayə mənzillər verib, bəziləri pul köçürmələrində iştirak ediblər, bəziləri isə silah saxlayıb və sairə... 

Cinayətin aşkar radikal xarakterinə (ideologiya, simvollar, terror aktına görə məsuliyyəti öz üzərinə götürməsinə) baxmayaraq, müstəntiqlər sifarişçinin Ukraynanın xüsusi xidmət orqanları olduğunu iddia edirlər. Göstərilən yeganə dəlil cinayətkarların  ifadələridir, guya kuratordan bu cinayətdə Ukraynanın adının keçdiyini dair nələrsə eşidiblər. Lakin əlavə materiallardan aydın olur ki, “Ukrayna izi” bu terror aktından çox uzaqdır.

Materialların əksəriyyətində (Ukrayna xüsusi xidmət orqanlarını qeyd etmədən) terror aktının təşkilatçılarının qadağan olunmuş “İslam Dövləti” terror təşkilatının qanadı olan “Vilayət Xorasan” transmilli cihadçı qruplaşmasının üzvləri olduğu göstərilir.

scale_1200.jpg (274 KB)

Konkret olaraq təşkilatçılar “Sayfullo”, “Əxi”, “Talha”, “Abumeskin” təxəllüslərindən istifadə edən naməlum şəxslər, həmçinin Tacikistan Respublikasının vətəndaşları Bekov (“Əbu Munzir”) və Hikmatovun (“Şikorçi”, “Şerinar”, “Forux” təxəllüsü) adı çəkilir. Onların hamısı axtarışdadır.  

İstintaqın məlumatına görə, 2023-cü il noyabrın 1-də terrorçular Rusiya Federasiyası ərazisində “Vilayət Xorasan”ın ən azı üç hücrəsini təşkil edib, onlara digərləri ilə yanaşı, Mərkəzi Asiyadan – Tacikistan Respublikasından və Qırğızıstandan olan şəxslər də cəlb olunub. “Xurosonun səsi”, “Vəsobihun-Vəsadihun”, “Əbu Məhəmməd Mədəş”, “Muxsin T.C” Telegram kanalları və digər “cihada” çağırış resursları vasitəsilə müttəhimlər işə cəlb edilib.

Təşkilatçılardan başqa, terror aktının icraçıları və onların əlaltılarının da sui-qəsd üçün təxəllüsləri olub. Məsələn, qətliamın bilavasitə iştirakçıları Mirzəyevi “Suxrob”, Fəriduni “Abdulloh”, Raçabalızoda özünü “İbrahim”, Faizovun gizli adı “Solex” olub.  

ae63ee455ba4b3648c95a70fe1f76e3dbcae7ff3.jpg (79 KB)

Həmçinin, Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, “Batalhacin” dini icmasının qadağan olunmuş silahlı qanadının fikirlərini bölüşən və “Vilayət Xorasan” terror təşkilatının ideologiyasını dəstəkləyən Şimali Qafqaz sakinləri də cəlb olunub. Onların rolu terrorçuları silahla təmin etməklə məhdudlaşıb.

Onların köməyi ilə “Crocus City Hall” hücum zamanı terrorçuların əllərində bütöv bir arsenal var idi.

Xatırladaq ki, Araz Ağalarov "Krokus Qrup"un təsisçisi və prezidentidir.  

Baş verən teraktın ardınca terrorçular kompleksi yandırmışdılar. İlkin məlumatlarda deyilirdi ki, obyektin yenidən bərpası 12-15  milyard rubl (təxminən  130-160 milyon dollar) lazımdır. 

Aydındır ki, bu məhkəmədə Araz Ağalarov da ifadə verəcək.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR