İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onu cərimələyib əvəzedici heyətə göndərdik” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın "Hayduk" klubuna qarşı sabah keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

Milli.Az xəbər verir ki, təcrübəli məşqçi konfransda maraqlı sualları cavablandırıb.

O, komandanın əsas üzvü Salif Sumanın gedişindən və komandaya gec qoulub cəzalanan Rafael Utziqdən danışıb: "Suma getdi və artıq bizim futbolçumuz deyil. Onu izləyəcəyik yenə də. Rafaelə gəlincə, cəzalıdır, 4 həftəlik əvəzedici heyətə göndərilib. Bundan başqa, o, cərimə olunub, pul cəzası alacaq. Hazırda planlarıma daxil deyil. Gələcəkdə nə olacağını isə görəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR