İnsanlara hürriyət, millətlərə istiqlal!

“Öz tantuni”də hadisə- Xadimə aşpazın qızılını oğurladı  

Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Öz Tantuni” restoranında oğurluq hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, restoranda xadimə işləyən qadın iş yoldaşı olan aşpaz xanımın qızıl boyunbağısını oğurlayıb.

Hadisə günü aşpaz xanımın boyunbağısı qırıldığı üçün mətbəxdəki çantasına qoyub. Restorana yeni işə gələn xanım xadiməçi bunu görüb və qızılı götürüb. Axşam da işdən çıxaraq evə gedib. Qızıl boyunbağının çantada olmadığını görən aşpaz xanım xadiməçidən şübhələnib.

Xadiməçi hadisənin səhəri günü işə gəlmədiyi üçün oğurluğu onun törətdiyi məlum olub. Kamera görüntülərinə baxış keçirilən zaman çantadan qızılı onun götürdüyü müəyyən edilib. Hadisə barədə polisə məlumat verilib.

Qızıl geri qaytarılıb və zərərçəkmiş qadın şikayətçi olmadığını bildirib. Təqsirləndirilən 38 yaşlı xanım barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR