İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Hindistanın pilotsuz təyyarəsinin hücumunu dəf edib

Pakistan qüvvələri Hindistan tərəfindən buraxılan 12 “Harop” pilotsuz təyyarəsini məhv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr ölkənin müxtəlif ərazilərinə yönəldilib.

“Hindistan pilotsuz təyyarələri hava məkanımızı işğal etməyə davam edir. Onlar bu cür təcavüzə görə çox ağır bədəl ödəməli olacaqlar”, - general deyib.

Hindistan tərəfinin Pakistanda altı hədəfə raket zərbələri endirməsindən sonra vəziyyət gərginləşib. Hindistanın xarici işlər naziri Subrahmanyam Caşankar bildirib ki, ölkə daha da gərginləşməyə can atmır, lakin qisas almaq hüququnu özündə saxlayır.

“Cavabımız hədəflənmiş və ölçülmüşdür. Biz vəziyyəti gərginləşdirmək niyyətində deyilik”,- deyə xarici siyasət idarəsinin rəhbəri İrandan olan nümayəndə heyəti ilə görüşdə vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR