Onlayn ictimai-siyasi qəzet
Pakistan Ordusunun sərt cavabından sonra Hindistan Hərbi Hava Qüvvələrinə məxsus vurulmuş "Rafale" təyyarəsinin görüntüləri yayımlanıb.
Musavat.com xəbər verir ki, “Dawn News” özəl telekanalının məlumatına görə, videoda Fransada istehsal olunan MICA tipli hava-hava raketinin qalıqları da aydın görünür. Təyyarə yerə çırpılsa da, raket hələ də buraxıcı qurğunun üzərində qalıb.
Qeyd edək ki, Pakistan Hindistanın təxribatına cavab olaraq 5 hərbi təyyarəsini məhv edib.
Pakistan Hava Qüvvələrinin Hindistanın istifadəsində olan "Rafale" təyyarələrini vurmasından sonra həmin təyyarələrin istehsalçısı olan Fransanın “Dassault Aviation” şirkətinin səhmləri dəyər itirib.
Məlumata görə, “Dassault Aviation” şirkətinin səhmləri 1,64 faiz ucuzlaşıb. Halbuki, son 5 gün ərzində şirkətin səhmləri 3,4 faiz dəyər qazanmışdı.
Xatırladaq ki, Hindistan ötən ay Fransa ilə əlavə 26 ədəd "Rafale M" döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
İqbal RZAYEV,
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ