İnsanlara hürriyət, millətlərə istiqlal!

İrem Derici ikinci dəfə onunla ailə qurur

Məşhur müğənni İrem Derici ikinci dəfə ailə qurur.

Musavat.com xəbər verir ki, o, sevgilisi Melih Kunukçu ilə nikah masasına oturmağa hazırlaşır.

Melih müğənniyə Burak Bulut və Eda Sakızın toyunda  sürpriz evlilik təklifi edib və "hə" cavabı alıb. Onun təklifi qısa zamanda sosial şəbəkədə yayılıb. 

Bundan sonra Melih Kunukçunun kimliyi maraq yaradıb.

Melih Kunukçu kimdir?

"Melih Cön" səhnə adı ilə tanınan 26 yaşlı Melih Kunukçu peşəkar rəqqas, DJ və musiqi prodüseridir. İstanbulda anadan olan Kunukçu gənc yaşlarından rəqs etməyə başlayıb və qısa müddətdə peşəkar debüt edib. Zaman keçdikcə rəqsə olan həvəsini musiqi istehsalı ilə birləşdirərək özünəməxsus səhnə üslubu formalaşdırıb.

Kunukçu Nilüfer, Edis, Feride Hilal Akın kimi məşhurlarla çalışıb, Simgenin "Önümüz yaz" klipindəki ifası ilə diqqət çəkib.

Qeyd edək ki, İrem Derici 2014-2016-cı illərdə Rıza Esendemirlə evli olub.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR