İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Suriyaya təklif gəldi: Bunu etsəniz...

Birləşmiş Ştatlar Suriyanın yeni hakimiyyət orqanlarına Dəməşqin etnik və dini azlıqlara münasibətdə kursunu dəyişməsi şərti ilə sosial-iqtisadi dirçəlişdə yardım təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı “The National” qəzeti mənbələrə istinadən yayıb.

Məlumata görə, bu təşəbbüs avqustun 12-də Əmmanda baş tutan Suriya, ABŞ və İordaniya nümayəndələrinin üçtərəfli görüşündə irəli sürülüb:

“Amerikanın ideyası Dəməşqin kursunun dəyişməsini asanlaşdıracaq dövlətlər qrupu yaratmaqdır. Heç kim Suriyada sabitliyin daha da pozulmasını istəmir, hətta İsrail də”.

“The National” yazır ki, Birləşmiş Ştatlar Ərəb Respublikasının hökuməti və təhlükəsizlik orqanlarının formalaşdırılmasına daha əhatəli yanaşma təklif edir.

Vaşinqton Suriya rəhbərliyindən silahlıları təhlükəsizlik qüvvələrinin tərkibindən kənarlaşdırmasını, silahlı qrupların fəaliyyətini məhdudlaşdırmasını və hökumət vəzifələrindəki keçmiş səhra komandirlərini peşəkar menecerlərlə əvəz etməyi gözləyir.

Bundan əlavə, Amerika tərəfi ötən ay bədəvilərlə druzlar arasında toqquşmaların baş verdiyi cənubi Əs-Suveyda əyalətindən Dəməşqə tabe olan bölmələrin çıxarılmasını tələb edir. Mənbələrə görə, yerli əhaliyə normal həyata qayıtmaq imkanının verilməsi ABŞ-ın əsas tələbinə çevrilib.

Qeyd edək ki, avqustun 12-də “Petra” agentliyi Əmmanda Suriya Ərəb Respublikasındakı vəziyyətlə bağlı İordaniya, Suriya və ABŞ nümayəndələrinin üçtərəfli görüşünün keçirildiyini bildirib.

İordaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Əs-Suveydada atəşkəs rejimini gücləndirmək üçün işçi qrup yaratmaq qərarına gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR