İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qırğızıstana getməkdən İMTİNA ETDİ - SƏBƏB

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək iclasında iştirak etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.

Onun sözlərinə görə, Paşinyanın tədbirə qatılmamasının səbəbi onun avqustun 12-dən 15-dək məzuniyyətdə olmasıdır.

İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Toplantıda Aİİ çərçivəsində birja ticarətinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi məhsulların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR