Onlayn ictimai-siyasi qəzet
Pakistanın cənubunda yerləşən Belucistan vilayətində məktəb avtobusunun partladılması nəticəsində azı 4 uşaq həlak olub, 30-dan çoxu isə yaralanıb. Hadisə yerli vaxtla səhər saatlarında baş verib.
Musavat.com xəbər verir ki, yerli media qurumlarının məlumatına görə, partlayışa səbəb olan cihaz terrorçu-kamikadze tərəfindən işə salınıb. Hadisə nəticəsində ölən və yaralanan uşaqlar xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.
Partlayışın məsuliyyətini hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Hadisə ilə bağlı istintaq başladılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi qurumlar hücumu pisləyərək uşaqlara qarşı törədilən bu vəhşiliyin cəzasız qalmayacağını bildiriblər.
Bu faciə, son aylar terror aktlarının artdığı Belucistandakı təhlükəsizlik böhranının daha da dərinləşdiyini göstərir.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ