İnsanlara hürriyət, millətlərə istiqlal!

Papuaşvili Aİ səfirinə: Avropa maliyyəsi zorakılığa yönəlməməlidir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinskiyə ünvanladığı məktubda bildirib ki, Avropanın maliyyəsi zorakılığa yönəlməməlidir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Ş.Papuaşvili səfirin Aİ maliyyəsi ilə fəaliyyət göstərən bəzi QHT-lərin zorakı və nifrət dolu çağırışlarını pisləməməsinə görə narahatlığını ifadə edib.

O, bəyanatında qeyd edib ki, Aİ tərəfindən maliyyələşdirilən bəzi qruplar Gürcüstan hökuməti və parlamentinə qarşı təhqir və zorakılıq kampaniyası aparırlar: “Aİ-nin Gürcüstandakı missiyası bu təhlükəli təbliğatı açıq şəkildə pisləməlidir. Əks halda, bu susqunluq ekstremizmin legitimləşdirilməsinə səbəb olur”.

Sədr əlavə edib ki, Aİ-nin maliyyəsi ilə fəaliyyət göstərən QHT-lər son zamanlar parlament və hökuməti “qeyri-legitim” elan etməyə başlayıblar. Onun fikrincə, bu, demokratik institutlara açıq hücumdur və ekstremist çağırışlar Avropa dəyərləri adı altında müdafiə olunur.

Parlament sədri beynəlxalq donorlara da çağırış edərək ekstremist məqsədlərə maliyyə dəstəyinin qarşısının alınmasını tələb edib: “Məsuliyyətli donorluq seçim deyil, beynəlxalq öhdəlikdir. Avropa İttifaqı bu məsuliyyətdən yayınmamalıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR