Onlayn ictimai-siyasi qəzet
Şənbə gecəsi Parisin mərkəzində Fransa Holokost qurbanları memorialı, iki sinaqoq və yəhudi restoranı hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, qara geyimli naməlum şəxs Holokost memorialına, iki sinaqoqun fasadlarına və yəhudi restoranına yaşıl boya atıb. Obyektlərdən birinin yaxınlığında boş boya qabı tapılıb.
Hakimiyyət hadisənin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görəcəyini bildirib.
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ