İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Azərbaycanın şərtlərinə boyun əyir? – Sülhün arxasındakı gizli gündəm

"Azərbaycan-Ermənistan sülh gündəmində əhəmiyyətli irəliləyişlər mövcuddur və Ermənistanın daxili siyasi dinamikasında da Azərbaycanın tələb və şərtləri əsasında formalaşan yeni konyukturanın ərsəyə gəlməsi prosesi getməkdədir".

Musavat.com bildirir ki, bu barədə siyasi analitik Aqşin Kərimov deyib.

Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə sadiqlik nümayiş etdirən bir obraz yaratmaq istəyir.

"Bununla belə, Azərbaycan-Ermənistan gündəliyi kənar müdaxilələr olmadan formalaşmaq ərəfəsindədir. Bu da təbii ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən başlıca prioritet olaraq regional təhlükəsizlik üçün vacib xətt kimi önə çıxır. Ona görə də Ermənistanın verdiyi bəyanatlar Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü şərtlərin elanı kimi başa düşülməlidir. Yəni Azərbaycan artıq Ermənistanın ictimai-siyasi mühitini gələcəkdə isə təhlükəsizlik və iqtisadi arenasını yönləndirmək üçün mühüm bir alət qazanmaqdadır.

Ermənistanın bu trayektoriyadan çıxa biləcəyi ehtimallarını da nəzərə almalıyıq. Çünki Ermənistan hələ də Konstitusiyasını dəyişdirməyib və bununla da Ermənistan manevrlər etmək üçün müəyyən barmaq yerləri saxlamaqdadır",- deyə Aqşin Kərimov vurğulayıb.

Siyasi təhlilçi onu da qeyd edib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaxın illərdə imzalana bilər:

"Azərbaycan prosesi diqqətdə saxlayır, Ermənistanın hər hansı bir revanşa meyillənməməsi üçün kifayət qədər ciddi resurs xərcləyərək diplomatik siyasi həmlələr göstərir. Prosesin bu formada davam edəcəyi təqdirdə "Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaxın illərdə imzalana bilər" deyə bilərik. Bununla belə hələki birbaşa müqavilə üçün konyunktura formalaşmayıb. Ən azından buna görə də yaxın zamanlarda Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı çərçivə sazişi imzalanması gündəmə gələ bilər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR