Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşüb.
Musavat.com xəbər verir ki, “Akos” qəzetinin yazdığına görə, Paşinyan 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət edəcəyini bildirib.
Bundan əlavə, o, Ərdoğanla görüşün Ermənistan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyinə ümid etdiyini söyləyib.
Baş nazirin sözlərinə görə, bu səfər Ermənistan və Türkiyə arasındakı dövlətlərarası münasibətlərə əsaslanır və hər iki tərəfin maraqlarına cavab verir.
Türkiyə prezidenti ilə görüşdən əvvəl Nikol Paşinyan İstanbulda yerləşən Müqəddəs Məryəm Ana kilsəsini ziyarət edib və orada şam yandırıb.
Xatırladaq ki, Paşinyan İstanbulda işgüzar səfərdədir. Axşam saatlarında onun Ərdoğanla görüşü planlaşdırılır.
İqbal RZAYEV,
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ