İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ukraynada HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın qardaşı oğlu, keçmiş deputat Sipan Paşinyan Ukraynada biznes qurub və daşınmaz əmlak alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 2022-ci ilin sentyabrında Sipan Paşinyan və Çerkassı şəhərindəki Ermənistanın fəxri konsulunun qohumu Narek Kazaryan “ÇerVud” adlı mebel və taxta istehsalı şirkətini təsis ediblər.

Lakin Sipan Paşinyan 2023-cü ilin oktyabrında şirkətdən çıxaraq payını Narek Kazaryanın qardaşı Artur Kazaryana ötürüb.

2023-cü ilin mayında isə Sipan Paşinyan Ukraynada fərdi sahibkar kimi qeydiyyatdan keçərək avtomobil təmiri sahəsində fəaliyyətə başlayıb. Bu zaman qeydiyyatda onun Ermənistan vətəndaşı olduğu göstərilib. 2024-cü ildə qazancı məlum olmasa da, 37 600 qrivna vergi ödədiyi qeyd edilir.

O, Çerkassı şəhərində “Nadiya” tikinti şirkətinin inşa etdiyi yaşayış komplekslərində qeydiyyatda olub, lakin bu binalarda ona məxsus mənzil yoxdur. Buna baxmayaraq, Tobilyeviç döngəsində yerləşən və tikintisi davam edən binada bir parkinq yeri və iki qeyri-yaşayış sahəsinə sahibdir. Bu ərazilər avtomobil təmiri üçün istifadə oluna bilər.

Bundan başqa, Sipan Paşinyan 2022 və 2023-cü illərdə iki yol hərəkəti qaydası pozuntusuna görə üç dəfə cərimələnib.

2021-ci ildə deputat mandatını buraxdıqdan sonra təqdim etdiyi əmlak bəyannaməsinə əsasən, Sipan Paşinyan İcevan şəhərində bir mənzilə, “Lexus” markalı avtomobilə, bank hesablarında 562 milyon dram, 307 avro və 32 dollara, nağd şəkildə isə 350 min drama malik olub. Gəliri əsasən deputat maaşından ibarət olub.

O, həmçinin “EkSipEd” adlı iaşə şirkətində 50% paya sahib olub. Digər yarısı isə baş nazirin sabiq aparat rəhbəri Eduard Ağacanyanındır.

Sipan Paşinyanın həyat yoldaşı Elen Mikaelyan da biznes fəaliyyəti ilə məşğuldur. O, turizm agentliyi olan “El Travel Akumb” şirkətinin 50%-nə sahibdir və həmçinin direktoru vəzifəsində çalışır. Onun bəyannaməsində bank hesablarında və əmanətlərində 15 milyon dram və kriptovalyuta aktivləri də yer alıb.

Eyni zamanda, Elen Mikaelyan Ermənistan Dövlət İqtisad Universiteti məzunlarının təşkilatının tikinti layihəsində mənzil almaq üçün ipoteka krediti götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR