Onlayn ictimai-siyasi qəzet
Ermənistanın milli təhlükəsizliklə bağlı əvvəlki təsəvvürləri – hərbi-siyasi ittifaqlara və orduya arxalanmaq – özünü doğrultmadı. Bu isə hökuməti köklü şəkildə yenidən düşünməyə məcbur etdi.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənib.
“Tarix sübut etdi ki, “müttəfiq + ordu” formulu Ermənistan üçün işləmədi. Həqiqi təhlükəsizlik “mütləq toxunulmazlıq” axtarışında deyil, öz zəif tərəflərini ardıcıl şəkildə azaltmaqda və “Axilles dabanını” qorumaqdadır.
Hökumət başçısı köhnə modelin iflasına əsas nümunə kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini göstərib. O xatırladıb ki, Ermənistanın müdafiə axtardığı bu təşkilat daim neytrallığını vurğulayıb, Azərbaycanı da eyni dərəcədə “qardaş dövlət” adlandırıb və onun ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanıyıb. Paşinyanın sözlərinə görə, bunu 2020-ci ildə Rusiya prezidenti də təsdiqləyib.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ