İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan II Qaregini növbəti ifşa

Baş nazir Nikol Paşinyan səhərə bütün ermənilərin katolikosuna ünvanladığı növbəti Facebook yazısı ilə günə başlayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. “Mənim fikrimcə, bütün dövrlərin katolikosu danılmaz bir nüfuz, ədalətin sarsılmaz müdafiəçisi, mübahisəsiz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqətin boğucusu kimi çıxış edə biləcəyinə inana bilmirəm, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm”, Paşinyan yazıb. Baş nazir növbəti dəfə katalikosu ifşa edib: “Qoy II Qaregin özü aydınlaşdırsın: o, subaylıq andını pozub, övladı varmı?

Onun sürüsünün ondan həqiqəti eşitməyə haqqımız var”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR