İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan kommunikasiyaların açılması ilə bağlı SON DƏQİQƏ açıqlaması

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Ermənistan ilə Çin arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə açıqlama verib.

Paşinyan bildirib ki, 2025-ci ilin avqustunda Çinlə strateji tərəfdaşlığın qurulması hökumətin xarici siyasətdə əldə etdiyi mühüm nailiyyətlərdən biridir.

“Ölkələrimizin işgüzar dairələri iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət siyasi impulslara malikdir. Tərəfdaşlarımız bu imkanlardan istifadə etməlidirlər”, – baş nazir deyib.

O əlavə edib ki, məsafə və nəqliyyat məhdudiyyətlərinə baxmayaraq, regional infrastrukturun blokdan çıxarılması bu problemlərin əksərini aradan qaldıra bilər.

“Bu, yüklərin dəmir yolu vasitəsilə Çinə daşınması imkanlarını açacaq. Bu isə tamamilə yeni iqtisadi vəziyyətdir”, – Paşinyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR