Onlayn ictimai-siyasi qəzet
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini ziyarət edib.
Musavat.com xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“Səfir Ronen Krausz və səfir müavini Aviv Zell, Dağ Yəhudisi əsilli, Azərbaycanın Milli Qəhrəmanı və tank komandiri olmuş Birinci Qarabağ müharibəsində böyük cəsarət göstərmiş Albert Aqarunovun abidəsini ziyarət ediblər”, - qeyd edilib.
Bildirilib ki, onlarla birlikdə Aqaronovun tank batalyonunun rəisi Hacı Azimov da iştirak edib və onun döyüşlərdə göstərdiyi şücaət və fədakarlıqlardan danışıb.
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ