Onlayn ictimai-siyasi qəzet
Litvanın prezidenti Gitanas Nauseda şair Yuri Kobrinı Litva Böyük Hersoqu Gediminas ordeni kavaleri siyahısından çıxarmaq barədə fərman imzalayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəddə qeyd olunur ki, Kobrin “təltif olunanın adını ləkələyib” və 2003-cü ildə aldığı ordenin Ritar xaçını geri qaytarmalıdır.
Xatırladaq ki, litvalı jurnalistlərin yazdığına görə, Kobrin 2023-cü ildə Kremlə bağlı Xaricdə Həmvətənlərin Hüquqlarını Müdafiə və Dəstək Fondu (“Pravfond”)na müraciət edərək Baltik ölkələrində rus ədəbiyyatını təbliğ etmək üçün 3 min avro vəsait istəmişdi. Bu məbləğ ona ödənilmiş və şairin oğlunun “Sberbank”dakı hesabına köçürülmüşdü.
Bundan əlavə, Kobrin rusiyadan Litvadan aldıqlarından üç dəfə çox dövlət mükafatı əldə edib. Belə ki, 2005-ci ildə Litvada rus mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə “Əməkdar incəsənət xadimi” adına layiq görülüb, 2008-ci ildə Rusiya–Litva mədəni əlaqələrinin möhkəmləndirilməsinə görə “Dostluq ordeni” ilə, 2016-cı ildə isə rus dilinin populyarlaşdırılmasına görə “Pușkin medalı” ilə təltif olunub.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ