İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndən atılan kamikadze PUA İsraildə otelə düşdü

Yəməndən İsrail istiqamətində buraxılan kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) ölkənin hava hücumundan müdafiə sistemlərini aşaraq hədəfə çatıb.

Musavat.com xəbər verir ki, PUA İsrailin cənubundakı Eylat şəhərində yerləşən bir otelin ərazisinə düşüb. Hadisə nəticəsində ətraf ərazilərdə güclü partlayış səsi eşidilib, otelin bir hissəsində dağıntılar yaranıb.

Rəsmi mənbələr hadisə ilə bağlı araşdırma başladıldığını, xəsarət alanlarla bağlı məlumatların dəqiqləşdirildiyini bildiriblər. Müdafiə qüvvələri gələcəkdə oxşar hücumların qarşısını almaq üçün bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR