İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin-Avropa dəmir yolu marşrutu təhlükə altında qaldı

Çindən Avropa İttifaqına (Aİ) uzanan ən böyük dəmir yolu marşrutu ciddi təhdidlə üz-üzə qalıb.

Musavat.com xəbər verir ki, Polşa Rusiyanın və Belarusun birgə “Qərb” hərbi təlimləri fonunda Belarusla sərhədin bağlanması qərarını müddətsiz uzadıb.

Məhz bu bölgədə — Brest şəhərində — postsovet və Avropa standartlı relslərin birləşdiyi ən iri yükdaşıma mərkəzi yerləşir. Bu marşrutla Çin və Aİ arasında bütün dəmir yolu daşımalarının təxminən 90 faizi həyata keçirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, sərhədin bağlı qalması tədarük zəncirlərində ciddi gecikmələrə və iqtisadi itkilərə səbəb ola bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR