İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Baxçalı: “ABŞ-İsrail oxuna qarşı Türkiyə, Rusiya və Çin alyansı yaradılmalıdır”

Türkiyənin millətçi siyasətçisi Dövlət Baxçalı beynəlxalq səhnədə yeni geosiyasi ittifaqın formalaşdırılmasını təklif edib.

Musavat.com xəbər verir ki, Baxçalı ABŞ-İsrail oxunun dünya sülhünə təhdid yaratdığını vurğulayaraq, buna qarşı ən effektiv addımın “Transxəzər imperiyası” adlanan alyansın yaradılması olduğunu bildirib.

Onun sözlərinə görə, bu alyans Türkiyə, Rusiya və Çin arasında qurulmalıdır və həmin dövlətlərin birgə fəaliyyəti qlobal güc balansına təsir göstərə bilər.

Baxçalı əlavə edib ki, bu təklif bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına da xidmət edəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR