Onlayn ictimai-siyasi qəzet
Litvanın milli elektrik ötürmə operatoru Litgrid ölkəni Rusiya ilə birləşdirən son transsərhəd elektrik xətlərinin tamamilə söküldüyünü açıqlayıb.
Musavat.com xəbər verir ki, söküntü işlərinə bu ilin fevralında — Baltik ölkələrinin Avropa elektrik şəbəkəsi ilə sinxronlaşmasından dərhal sonra start verilib. Bununla da, Rusiya və Belarusla 65 il davam edən birgə enerji sistemi rəsmən başa çatıb.
Minsk də tezliklə şəbəkədən ayrılacaq. Belarusun enerji sistemindən tam kənarlaşdırılması 2027-ci ilə planlaşdırılıb.
Litva rəsmiləri bu addımı strateji dönüş kimi qiymətləndirərək, sovet keçmişinə açılan qapının birdəfəlik bağlandığını bildiriblər.
Baltik ölkələrinin qərarı Avropanın enerji müstəqilliyi yolunda mühüm addım hesab olunur.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ