Onlayn ictimai-siyasi qəzet
Kreml tərəfdarlarının təxəyyülü yenidən işə düşüb. Kommunist deputat Nikolay Arefyev bəyan edib ki, internet “xeyirdən çox ziyan gətirir”: guya gözləri korlayır, psixikanı dağıdır, gəncləri oyun asılısına çevirir.
Musavat.com xəbər verir ki, onun “qurtuluş resepti” isə sadədir – rusiyalıların internetini ən azı həftəsonları, daha yaxşısı isə bir həftəlik tamamilə söndürmək.
Moskva hələ bu absurd təklifi müzakirə edir, amma “ilham mənbəyi” olan əfqan “qardaşları” artıq addım atıblar:
“Taliban” beş şimal əyalətində optik interneti kəsib. Onlar bunu “əxlaqsızlığa qarşı mübarizə” ilə əsaslandırıblar. Hətta dövlət qurumları belə rabitəsiz qalıb, amma əvəzində “düzgün alternativ” vəd edilib. Məmurlara isə işdə smartfondan istifadə qadağan olunub.
Beləliklə, Rusiya üçün “parlaq gələcək” sanki üfüqdədir: internetsiz həftəsonları, smartfonsuz məmurlar və “düzgün alternativ” şüarı altında sovetdən də geri bir həyat tərzi.
Sual açıq qalır: bu dəfə Rusiya Əfqanıstanı öyrədir, yoxsa Taliban Moskvanı?
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ