Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saat 10:00 radələrində rus ordusu Donetsk vilayətinin Konstantinovka şəhərinə hava zərbəsi endirib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 dinc sakin, iki qadın (62 və 65 yaş) və üç kişi (65, 67 və 74 yaş) həlak olub.
Donetsk vilayət polisi bildirib ki, düşmənin atdığı 250 kiloqramlıq hava bombası 4 yaşayış binasına ciddi ziyan vurub.
Donetsk Xüsusi Əməliyyat Qüvvələrinin rəhbəri Vadim Filaşkin insanları təxliyə etməyə çağıraraq bildirib ki, vilayətdə hər bir mülki şəxs Rusiyanın növbəti hücumunun potensial qurbanı ola bilər.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ