Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 18-də İordaniya ilə sərhəddə yerləşən Allenbi keçid məntəqəsində terror hücumu baş verib. Hadisə zamanı atəş açılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.
Məlumatda bildirilib ki, hücum edənlər zərərsizləşdirilib.
İsrail təcili yardım xidməti bildirib ki, hadisə nəticəsində biri təxminən 20, digəri isə 60 yaşlarında olan iki kişi həyatını itirib. Qeyd olunur ki, bu hücum ötən il 3 nəfərin güllələnərək öldürüldüyü həmin ərazidə baş verib.
Məlumata görə, silahlılardan biri Qəzzaya humanitar yardım daşıyan yük maşınından çıxaraq atəş açıb, daha sonra isə bıçaqla hücum edib. Onun tərəfdaşı isə humanitar missiyanın əməkdaşı olub.
Hücumu həyata keçirən şəxs İordaniya vətəndaşıdır.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ