Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Müxalifət yeni bir sosioloji sorğu sifariş edib, lakin onun nəticələri ictimaiyyətə açıqlanmayıb — bildirilib ki, nəticələr yalnız daxili istifadə üçün nəzərdə tutulub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb. Qeyd edək ki, “Hraparak” özü də müxalifypnlü qəzet sayılır.
“Mövcud məlumata görə, sorğunun nəticələrinə əsasən, Nikol Paşinyan sabit şəkildə 12% dəstəyə malikdir: məhz bu qədər respondent hər bir halda ona səs verməyə hazır olduqlarını bildirib. Eyni zamanda təxminən 60% respondent heç bir halda Paşinyanı dəstəkləməyəcəyini bəyan edib. Hökumətin fəaliyyətindən isə 75% iştirakçı narazıdır və ölkənin yanlış istiqamətdə hərəkət etdiyini düşünür”,-deyə yazıda iddia olunub.
Reytinqə əsasən, Paşinyandan sonra ikinci yerdə təxminən 10% dəstək toplayan Samvel Karapetyan gəlir, lakin onun yaratdığı partiyanın adı çəkildikdə bu göstərici aşağı düşür. Üçüncü yeri isə təxminən 6% nəticə ilə Robert Koçaryan tutur. Digər tanınmış partiyalar, o cümlədən Serj Sərkisyanın partiyası 1–1,5%-dən artıq səs qazana bilmir.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ