Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Asmik Akopyan baş nazir Nikol Paşinyanın parlamentdə sərgilədiyi qeyri-sabit davranışla bağlı yayılan xəbərlərə münasibət bildirib, jurnalistləri manipulyasiya və cəmiyyətdə yanlış fikir formalaşdırmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Akopyan vurğulayıb ki, baş nazirin “hamını zirzəmilərə göndərəcəyəm” ifadəsi məqsədli şəkildə kontekstdən çıxarılır:
“Baş nazir dedi ki, əgər müxalifət mediasının diktəsi ilə hərəkət etsəm, hamınızı zirzəmilərə göndərməli olacağam, bəli, hətta meydana asmaq da daxil. Cəmiyyətin bəzi təbəqələrində belə bir tələb olduğunu bilmirsinizmi? Baş nazir bildirdi ki, o, mətbuatın dediklərinə əsaslanmır. Əks halda, məcbur olub hamını zirzəmiyə göndərməli olar”.
Deputat əlavə edib ki, bəzi şəxslər baş nazirin jestlərini boğaz kəsmə hədəsi kimi təqdim edirlər və bunu manipulyasiya nümunəsi adlandırıb.
Robert Koçaryan və Serj Sarksyanın hələ də həbs olunmaması ilə bağlı baş nazirin dediklərinə toxunan Akopyan bildirib:
“Ən çox səslənən ittiham odur ki, niyə keçmiş oğrular hələ də həbs olunmayıb? Baş nazir sadəcə həqiqəti dilə gətirib”.
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ