Onlayn ictimai-siyasi qəzet
“Sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqlar dalana dirənməyib”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.
Erməni deputatın sözlərinə görə, danışıqlar prosesi davam edir. Ona görə də onun müəyyən çətinlikləri var.
“Mübahisəli məqamlar var, onların ətrafında müzakirələr daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz çıxılmaz vəziyyətdən danışmırıq. Bu proses həmişə var”, - deyə Ovannisyan bildirib.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ