İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pensiya düzəldən Şahnəzər” həbs edilib - 13 zərərçəkmiş var

Ağcabədidə “pensiya düzəldən” kimi tanınan Şahnəzər Əliyev həbs edilib. Onun dələduzluq əməllərindən 13 nəfər zərər çəkib.

Musavat.com xəbər verir ki, 35 yaşlı Şahnəzər tanışları, qohumları və atası Allahverdi Əliyevin vasitəsi ilə tanış olduğu şəxslərə qarşı dələduzluq edib.

Həmin şəxslərdən əlillik dərəcəsi düzəltmək və ya dayandırılmış pensiyanı bərpa etmək vədi ilə 2000-3000 manat civarında pul alıb.

Zərərçəkmiş şəxslər ödədikləri pulun az bir hissəsini geri ala biliblər. Bəzi zərərçəkmişlər isə ümumiyyətlə heç bir məbləği geri ala bilməyiblər.

Təqsirləndirilən Şahnəzər özünü qismən təqsirli bilib. Deyib ki, aldığı pulların əsas hissəsini Şahin Qurbanov adlı həkimə verib. Onun sözlərinə görə, sonradan həmin şəxsin öldüyünü öyrənib. Buna görə də bütün ziyan onun üstünə qalıb.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Şahnəzəri rayonda hər kəs “pensiya düzəldən Şahnəzər” kimi tanıyırmış. Onun “müştəriləri” arasında Bakıdan onun adını eşidib gedənlər də olub.

Məhkəmə istintaqı zamanı dələduzluq əməli sübuta yetirilən Şahnəzər 3 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR