İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: İranın ali liderinin öldürülməsi Rusiyanın kəskin reaksiyasına səbəb olar

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İranın ali liderinin mümkün şəkildə öldürülməsi Rusiyanın son dərəcə mənfi reaksiyasına səbəb olar.

Musavat.com xəbər verir ki, bu barədə Peskov Sky News-a müsahibəsində danışıb.

O vurğulayıb ki, Birləşmiş Ştatların İsrail-İran münaqişəsinə müdaxiləsi bölgədə ekstremizmin güclənməsinə gətirib çıxara bilər: "Bu, ekstremistləri daha da ruhlandıracaq və sanki 'Pandoranın qutusu'nu açacaq", – deyə Peskov əlavə edib.

Peskovun sözlərinə görə, Rusiya Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin əleyhinədir və diplomatik yollarla həllin tərəfdarıdır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR