İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Ukraynaya daha az silah tədarükü – “xüsusi əməliyyat”ın sonunu yaxınlaşdırır”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya bəzi silah-sursatların tədarükünü dayandırmaq qərarını şərh edərək bildirib ki, Ukraynaya nə qədər az silah göndərilərsə, “xüsusi hərbi əməliyyatın” başa çatması bir o qədər tezləşəcək.

Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, Vaşinqtonun bu qərarının səbəbi ABŞ-ın hərbi anbarlarında sursat çatışmazlığı ilə bağlıdır:

“Qərarın səbəbi – anbarların boşalması və həmin silahların tükənmək üzrə olmasıdır,” – deyə o qeyd edib.

Kreml Ukraynaya Qərb ölkələrindən gələn hərbi dəstəyi münaqişənin uzanmasının əsas səbəblərindən biri kimi qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR