İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK ilə bağlı İLGİNC MƏLUMAT

Terror təşkilatı PKK-nın ilk 50 nəfərlik döyüşçü qrupu 10 gün ərzində Şimali İraqda yerləşən Dəhuk şəhərində silahlarını təhvil verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, özünü buraxdığını elan edən təşkilatın tam tərk-silah prosesi sentyabra qədər başa çata bilər.

Silahların təhvil verilməsi Türkiyə, İraqın mərkəzi hökuməti və İraq Kürdüstanı administrasiyasının nəzarəti altında həyata keçiriləcək. Beynəlxalq təşkilatlar və digər ölkələr bu prosesə cəlb olunmayacaq.

Prosesin sonunda PKK-nın bütün düşərgələrinin İraq hakimiyyətinin nəzarətinə keçəcəyi bildirilir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik jurnalistlərə bildirib ki, PKK-nın tərk-silah prosesi “yaxın günlərdə” başlaya bilər.

“Dəqiq tarix vermək istəmirəm, ancaq proses başlamaq üzrədir və bu, Türkiyənin terrorizmdən xilas olması baxımından son dərəcə vacibdir”, - deyə o qeyd edib.

Əvvəlki məlumatlara görə, tərk-silah prosesi 3-4 ay çəkə bilər və təxminən 3400 terrorçu silahı yerə qoyacaq. Onlardan 2000-ə yaxın şəxsin Türkiyəyə geri dönəcəyi, 250 nəfərlik rəhbərlik heyətinin isə İraq və Suriyadan Avropa ölkələrinə və Cənubi Afrikaya göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan bu ilin fevralında bütün PKK qruplarına silahı yerə qoyma və Ankara ilə münaqişəyə son qoyma çağırışı etmişdi. May ayında keçirilən qurultayda isə təşkilat özünü buraxmaq və 50 ilə yaxın davam edən silahlı mübarizəyə son qoymaq qərarı qəbul edib. Rəsmi bəyanatda PKK-nın siyasi və demokratik metodlarla fəaliyyət göstərəcəyi bildirilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR