İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis "Ermənistan Elektrik Şəbəkələri" şirkətində əməliyyat keçirir

Ermənistan hüquq-mühafizə orqanları bu gün səhər saatlarında "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin inzibati binasında xüsusi əməliyyat həyata keçiriblər.

Musavat.com xəbər verir ki, şirkətin nümayəndəsi Natalya Saracyan hadisə ilə bağlı açıqlama verərək bildirib ki, əməkdaşlar hələ işə başlamamışdan əvvəl hüquq-mühafizə əməkdaşları binaya daxil olub və giriş-çıxışa nəzarət edirlər.

Qeyd edək ki, bir müddət əvvəl müəssisənin direktorlar şurasının rəhbəri Narek Karapetyanın evində də axtarış aparılmışdı.

Bundan əvvəl, iyunun 2-də də şirkətin ofisində axtarışlar keçirilmiş və bunun nəticəsində külli miqdarda vəsaitlərin mənimsənilməsi, vergidən yayınma və çirkli pulların yuyulması faktları üzrə cinayət işi başlanmışdı.

Araşdırmalar çərçivəsində şirkətin dörd əməkdaşı saxlanılıb və istintaq davam etdirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR