Onlayn ictimai-siyasi qəzet
İrəvanda psixiatriya dispanserinin iki xəstəsi barmaqlıqları qıraraq qaçıblar.
Musavat.com "Shamshyan.com"a istinadən xəbər verir ki, iyulun 21-nə keçən gecə saat 01:20 radələrində Ermənistan Respublikasının Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Nubarəşen şöbəsinə adıçəkilən mərkəzin 2-ci bölməsindən iki nəfərin qaçması barədə operativ məlumat daxil olub.
Hadisə yerində müəyyən edilib ki, İrəvan sakini, məcburi müalicə olunan 45 yaşlı Vyaçeslav Lukin həmin mərkəzin 5-ci şöbəsinin pəncərəsinin barmaqlıqlarını qıraraq, həmçinin Ermənistan Respublikasının birinci instansiya məhkəməsinin qərarı ilə həmin mərkəzə qətimkan tədbiri olaraq köçürülmüş Armavir vilayətindən olan 35 yaşlı Aramais Mirzoyanla birlikdə qaçıblar.
Polis həmin şəxslərin yerinin müəyyən edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ