İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran biz olmuşuq!”

Rusiya prezidenti Vladimir Putin ABŞ-la “tarixi dostluq”larını bir az fərqli prizmadan şərh edib.

Musavat.com xəbər verir ki, Putin deyib:

“Bizim Birləşmiş Ştatlarla həmişə çox yaxşı və unikal münasibətlərimiz olub. Onların Böyük Britaniyadan müstəqillik istəyini dəstəkləmişik. Faktiki olaraq imperiya dövründə onlara silah tədarük edirdik. Sonra Şimal-Cənub müharibəsində Şimala dəstək verdik…”

Vladimir Putin bununla da kifayətlənməyib, daha da irəli gedərək 11 sentyabr terror hadisələrində də ABŞ-a vaxtında xəbərdarlıq etdiklərini xatırladıb. Üstəlik, İkinci Dünya müharibəsində ABŞ-ın SSRİ-yə dəstəyini də qarşılıqlı “köhnə dost” jesti kimi təqdim edib.

Siyasi müşahidəçilər zarafatla bildirirlər ki, belə getsə, yaxın günlərdə Kreml rəsmiləri Kolumbun Amerikaya ayaq basmasında da Rusiya dənizçilərinin “məsləhətçi” rolu oynadığını sübut etməyə çalışacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR