İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bu ölkədə sülh masasına otura bilər

Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski ölkə ictimaiyyətinə müraciətində Donetsk istiqamətində, xüsusən Pokrovsk və Dobropilya bölgələrində rus ordusunun ağır məğlubiyyətə uğradıldığını bildirib. Onun sözlərinə görə, son döyüşlərdə təxminən 2500 nəfərdən çox rus hərbçisi məhv edilib, 100-dən artıq əsgər isə əsir götürülüb. Bu bəyanat həm Ukrayna ictimaiyyətində böyük rezonans doğurdu, həm də Qərbin dəstəyinin real nəticələr verdiyini göstərdi.

Onu da qeyd edək ki, son aylar Qərb ölkələrinin Ukraynaya hərbi-siyasi dəstəyi artıb, həmçinin yeni sanksiya paketləri Kremlin təcridini daha da dərinləşdirib. Qərb tərəfindən təqdim edilən uzaqmənzilli hücum silahları, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat dəstəyi Ukrayna ordusuna böyük üstünlük qazandırır.

Bəs Qərbin Ukraynaya dəstəyinin artması müharibəni nə qədər uzada və ya qısalda bilər? Putin və Zelenskinin neytral ölkədə görüşməsi nə dərəcədə realdır və hansı şərtlər daxilində baş tuta bilər? Belə bir görüş baş tutarsa, hansı mövzuların gündəliyə çıxarılması gözlənilir və sülh perspektivi nə qədər mümkündür?

MEHEMMED.jpg (68 KB)

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

“Qərbin Ukraynaya dəstəyi artıb. Donald Tramp artıq Böyük Britaniya və bir çox Avropa liderləri ilə görüşlər keçirir. Rusiyaya sanksiyaların tətbiqi ilə yanaşı, hərbi yardım da göstərilir. Düşünürəm ki, yeni silah partiyalarının verilməsi, xüsusilə uzun mənzilli hücum silahları bu müharibəni qısalda bilər. Putin və Zelenskinin görüşü, fikrimcə, Körfəz ölkələrində və yaxud Türkiyədə baş tuta bilər – təbii ki, əgər belə bir görüş reallaşarsa. Putin yenə Donbasın statusu ilə bağlı danışıqlara üstünlük verə bilər, yəni bu müstəvidə müəyyən dialoqlar aparıla bilər.

Həmçinin Ukraynanın NATO-ya daxil olmaması məsələsi gündəmdədir. Mən düşünürəm ki, əgər belə bir görüş baş tutsa, xüsusilə də Trampın iştirakı ilə, əlbəttə ki, atəşkəs imzalana və sülh danışıqları başlaya bilər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR