İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hərbi xərcləri azaltmağa hazırlaşır: “Büdcəyə həddən artıq yük düşüb”


Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi xərclərinin büdcəyə ciddi yük yaratdığını etiraf edib və yaxın illərdə müdafiə büdcəsini azaltmağı planlaşdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Rusiya ÜDM-in 6,3%-ni müdafiəyə sərf edir – bu, həddən artıq çoxdur. Bu, həm büdcə, həm də iqtisadiyyat üçün əsas problemlərdən biridir və biz bunu həll etməliyik,” – deyə Putin dünən Minskdə bildirib.

Prezident qeyd edib ki, hərbi xərclərin artması inflyasiyanı sürətləndirib və gələcəkdə bu gedişatın davam etdirilməsi mümkün deyil. Onun sözlərinə görə, müdafiə büdcəsinin ixtisarı 2026-cı ildə başlaya bilər, lakin bununla bağlı yekun qərar hələ qəbul olunmayıb.

“Biz xərcləri azaltmağı planlaşdırırıq, onlar (NATO) isə artırmaq niyyətindədirlər. Bəs onda aqressiv davranan kimdir?” – deyə Putin NATO sammitində müdafiə xərclərinin ÜDM-in 5%-dək yüksəldilməsi qərarını şərh edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR