Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Moldova vətəndaşlarına münasibətdə miqrasiya rejimini yumşaldan fərman imzalayıb.
Musavat.com xəbər verir ki, fərmana əsasən, Rusiyada qalma qaydalarını pozmuş Moldova vətəndaşları, əgər qanunu kobud şəkildə pozmayıblarsa və milli təhlükəsizlik üçün təhlükə yaratmırlarsa, deportasiya edilməyəcəklər.
Rəsmi məlumata görə, Moldova vətəndaşları 2026-cı ilə qədər hüquqi statuslarını tənzimləmək üçün aidiyyəti dövlət orqanlarına müraciət edə biləcəklər.
Fərmanda bir sıra digər güzəştli məqamlar da yer alıb:
▪️ 1 oktyabr 2026-cı ilədək Moldova vətəndaşları barmaq izi qeydiyyatından və tibbi müayinədən keçdikdən sonra patent (iş icazəsi) almadan Rusiya ərazisində qanuni işləyə biləcəklər;
▪️ Həmin tarixədək əldə olunmuş patentlərin müddətinin uzadılması üçün sadələşdirilmiş prosedur tətbiq ediləcək.
Bizim şərh: Bu qərar, Rusiyada son dövrlərdə müşahidə edilən Türk və müsəlman mənşəli miqrantlara qarşı artan təzyiqlər fonunda xüsusi diqqət çəkir. Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycan əsilli miqrantlara qarşı zorakılıq, qanunsuz həbslər və Ukrayna cəbhəsinə zorla göndərilmə hallarının artdığı bir vaxtda, Moldovalı miqrantlara belə bir jestin edilməsi seçici yanaşma və ikili standartların nümunəsi kimi dəyərləndirilə bilər.
Rusiya bu qərarı ilə faktiki olaraq müsəlman və türkdilli miqrantları sistemli şəkildə sıxışdırıb, onların yerinə Moldova əsilli vətəndaşlara yeni iş imkanları təqdim edir.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ