Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin “Rossiya” telekanalının hazırladığı sənədli filmdə xüsusi hərbi əməliyyat ilə bağlı cəmiyyətin mövqeyinə dair diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Putin Rusiyada ictimai rəyin məhz onun gözlədiyi kimi formalaşdığını bildirib.
“Xüsusi əməliyyat zamanı hər bir sadə vətəndaş başa düşdü ki, o da dövlətin bir hissəsidir və ölkənin gələcəyi məhz ondan asılıdır,” – deyə Putin vurğulayıb.
Bu bəyanat prezidentin cəmiyyətin səfərbər ruhunu və dövlətlə identifikasiyasını önə çəkməsi kimi qiymətləndirilir.
Kreml rəhbərinin bu açıqlamaları, həm də Rusiya daxilində xüsusi hərbi əməliyyatlara verilən dəstəyin siyasi legitimləşdirilməsi kimi dəyərləndirilir.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ