İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinən sonra Mişustin Paşinyana zəng etdi – SƏBƏB

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiyanın baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, Rusiya Federasiyasının baş naziri Ermənistanın baş nazirini 50 illik yubileyi münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Nikol Paşinyan zəng və təbrikə görə Mixail Mişustinə təşəkkür edib. Həmsöhbətlər Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı məsələləri də müzakirə ediblər.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin də N.Paşinyanı yubiley münasibətilə təbrik edib, ona vacib mesajlarını çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR