İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostu idi...: 14 il HƏBS CƏZASI kəsildi - FOTO

Rusiyada Putinin keçmiş dostu, iş adamı SergeyPuqaçov qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com Qordonmedia-ya istinadən xəbər verir ki, Rusiya məhkəməsi biznesmen Sergey Puqaçovu kredit təşkilatının vəsaitlərini mənimsəməkdə və ona ümumilikdə 92 milyard rubl (1,14 milyard dollar) ziyan vurmaqda, o cümlədən ağır nəticələrə səbəb olan xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadənin təşkilində günahkar bilib.

Puqaçov və iş üzrə digər müttəhimlər Rusiya Mərkəzi Bankının "Mejprombank"a ayırdığı 40 milyard rublluq girovsuz kreditin 28,7 milyard rublunu(356,3 milyon dollar) mənimsəməkdə şübhəli bilinirdilər. İstintaqın məlumatına görə, pullar Puqaçovun nəzarətində olan Kipr şirkətinin hesabına köçürülüb.

Puqaçovun məhkəməsi qiyabi keçirilib. İş adamı hazırda Fransada yaşayır.

Rusiya mətbuatının yazdığına görə, “Mejprombank”la yanaşı, Puqaçovun gəmiqayırma müəssisələri, Rusiya və Avropada elit daşınmaz əmlakı, Fransada media orqanları var idi. 2008-ci ildə Forbes Puqaçovun sərvətini 2 milyard dollar qiymətləndirib.

2015-ci ildə Puqaçov Haaqa Daimi Arbitraj Məhkəməsində Rusiyaya qarşı 10 milyard dollarlıq iddia qaldırıb. O, Rusiya hakimiyyətini onun aktivlərini müsadirə etməkdə ittiham edir. Daha sonra iş adamı iddialarını 15 milyard dollara çatdırıb.
Puqaçovun sözlərinə görə, 1990-cı illərin sonundan təxminən 2010-cu ilə qədər o, Putinlə birlikdə çox vaxt keçirib və demək olar ki, hər gün ünsiyyət qurub. Mətbuatda Puqaçovu “Kreml bankiri”, “Putinin bankiri” adlandırırdılar. İndi Puqaçov Putini tənqid edir və Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

13 May 2025

BÜTÜN XƏBƏRLƏR