İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin səhhəti yenidən gündəmdə

Niyə eynək taxmadığı sualına özü aydınlıq gətirdi

Rusiya prezidenti Vladimir Putin Əmək Qəhrəmanları və dövlət mükafatı laureatları ilə söhbətində sağlamlığı haqda da danışıb.

Musavat.com xəbər verir ki, mükafatlandırma mərasimi zamanı baş tutan qeyri-rəsmi söhbətin kadrlarını “Rossiya-24” dövlət telekalında “Moskva. Kreml. Putin” müəllif proqramının aparıcısı Pavel Zarubin öz Telegram kanalında yayımlayıb.

Putin etiraf edib ki, bir neçə il əvvəl görmə qabiliyyəti bir qədər pisləşib və bu səbəbdən həkimə yoxlanmağa gedib: "Mənə dedilər ki, görmə qabiliyyətim 0,9-dan 0,8 olub. İndi mən eynəkdən istifadə edə bilərdim. Və mənə eynək verdilər. İlk dəfə taxanda başım fırlanmağa başladı. Düşünürəm ki, indi çıxarmasam, ömrümün sonuna qədər taxacağam".

Kremldə dövlət mükafatı laureatlarından biri, oftalmoloq-cərrah Georgi Stolyarenko prezidentlə razılaşmayaraq bunun “tam doğru olmadığını” qeyd edib. Buna cavab olaraq Putin deyib ki, o, eynəksiz “heç bir problem olmadan sərbəst oxumağa” davam edir və yaxşı görür”.

İştirakçılarından biri zarafatyana "ən yaxşı avtomobilin belə texniki baxışa ehtiyacı var" deyəndə Putin belə cavab verdi: "Biz müntəzəm texniki baxışdan keçirik. Hər il, hərtərəfli yoxlama. Hər il tam iki günümü buna həsr edirəm".

Putinin müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçdiyini Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da müsahibələrinin birində təqdiqləyib. Peskov deyib ki, Putinin Mərkəzi Klinik Xəstəxanaya səfərləri profilaktik məqsədlə həyata keçirilən “adi tibbi müayinələr”dir.

Vladimir Putinin (hazırda 73 yaşı var) səhhəti 2021-ci ildə, prezidentin COVID pandemiyasından sonra uzun müddət ictimaiyyət qarşısına çıxmadığı vaxt fəal müzakirə olunmağa başladı. Xüsusilə onun xərçəng ola biləcəyi ilə bağlı şayiələr yayıldı. Putin prezident olduğu andan Kreml onun səhhəti ilə bağlı məlumatları gizlədib. Əvvəlcə heç kim buna əhəmiyyət vermədi. Lakin sonradan Putin vaxtaşırı ictimaiyyətin gözündən itməyə başlayanda çoxları (amma inandırıcı sübutlar təqdim etmədən) bunun onun müalicəsi ilə bağlı ola biləcəyini güman edirdi. Eyni zamanda, prezidenti bütün səfərlərində böyük həkim briqadası müşayiət edir. O da bildirilir ki, yaşı artdıqca Putin alternativ təbabətə də maraq göstərməyə başlayıb. Belə ki, Putinin buynuz vannaları qəbul edir, bu barədə ona sabiq müdafiə naziri Sergey Şoyqu məsləhət bilibmiş. (Bu vannanın faydası barədə heç bir inandırıcı dəlil yoxdur). Nəşr yazır ki, Putinin marağına görə buynuz vannaları digər yüksək vəzifəli məmurlar arasında populyarlaşıb. Putin yaxın qohumları arasında həkim çoxdur. Belə ki, qızı Mariya Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirib, əmisi oğlu Yevgeni Putin uşaq cərrahı, həyat yoldaşı ginekoloq, uşaqları isə psixoloq kimi təhsil alıb. Putinin daha bir yaxın qohumu Tatyana Ptaşuk uzun müddət Rusiya məmurlarının müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada müavin olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR