Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, müharibənin dayandırılması naminə Rusiya prezidenti Vladimir Putinlə istənilən formatda danışıqlara hazırdır.
Musavat.com xəbər verir ki, Zelenski müharibənin bitməsi üçün dialoqun vacibliyini vurğulayıb:
“Əvvəlcə düşünürəm ki, biz oturub danışmalıyıq. İkinci məsələ – atəşkəsə nail olmaqdır. Hətta indi Yaxın Şərqdə də görürsünüz ki, atəşkəs rejimini qorumaq nə qədər çətindir”, – deyə o qeyd edib.
Ukrayna lideri əlavə edib ki, ədalətli sülh naminə Putinlə “ikitərəfli və ya üçtərəfli formatda” görüşməyə hazırdır. Onun sözlərinə görə, münaqişənin diplomatik yolla həlli üçün bütün imkanlar nəzərdən keçirilməlidir.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ