Onlayn ictimai-siyasi qəzet
İtaliya millisinin və Fransanın PSJ futbol klubunun qapıçısı Canluici Donnarumma Türkiyədə çıxış edə bilər.
"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, "Qalatasaray" qapıçı ilə PSJ-nin hələ də müqavilənin uzadılması barədə razılığa gəlməməsindən istifadə etmək istəyir. İstanbullular artıq qolkiperə təklif göndəriblər.
Bundan əvvəl mətbuat yazırdı ki, Donnarumma "Mançester Yunayted" və "Çelsi"nin maraq dairəsinə düşüb. Qapıçı isə PSJ-də qalmaq istədiyini bildirib.
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ