Onlayn ictimai-siyasi qəzet
Rusiyada Ukraynada aparılan qanlı savaşın ən böyük təbliğatçı telekanalların rəhbərləri və onlara yaxın şəxslər bank hesablarında yüz milyonlarla rubl toplayıblar.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müstəqil mediası məlumat yayıb.
Oleg Dobrodeyev (VGTRK) — mütləq rekordsmen. Onun Sberbankdakı hesabında 469 milyon rubl (5 milyon 822 min dollar) var (fevral 2025-ə olan məlumata görə). Dobrodeyev artıq 21 ildir VGTRK-yə rəhbərlik edir. Holdinqə “Rossiya-1”, “Rossiya-24”, “Vesti FM” və “Mayak” radioları, “Smotrim” portalı və digər aktivlər daxildir. 2025-ci ildə VGTRK büdcədən 22,4 milyard rubl (278 milyon dollar) alıb.
Aleksey Zemskoy (NTV) — 230 milyon rubl (2 milyon 855 min dollar) vəsaiti əsasən “Qazprombank”da saxlayır. Onun NTV-dəki illik maaşı 155 milyon rubldan çoxdur. Bundan əlavə, Zemskoyun Moskva yaxınlığında yerləşən “Bristol” qəsəbəsində 150 milyon rublluq (1 milyon 862 milyon) taunkhausu var.
Konstantin Ernst (Birinci kanal) həm reytinqlərdə, həm də yığımlarda həmkarlarından geri qalır. Onun “T-Bank”dakı hesabında 227 milyon rubl (2 milyon 818 min dollar) var. Ernst pullarını Oleg Tinkovdan alınmış, hazırda isə “xarici agent” elan edilmiş və müharibəyə qarşı çıxaraq ölkəni tərk etmiş sahibkarın bankında saxlayır. Müharibədən sonra Birinci kanal sürətlə auditoriya itirib: 2025-ci ilin avqustunda yalnız 4-cü yerdə idi. Həmin il kanal büdcədən 6 milyard rubl alıb (bu, VGTRK-dən dörd dəfə azdır).
Marqarita Simonyan (RT) — onun Sberbankdakı əmanəti 125,3 milyon rubl (1 milyon 551 min dollar)təşkil edir və bu vəsait ona illik təxminən 30 milyon gəlir gətirir (21%-lik faiz dərəcəsi ilə). Onun əri Tiqran Keosayan eyni bankda ümumilikdə 87 milyon rublluq iki əmanət açıb.
Aram Qabrielyanov (News Media — Mash, Shot, Life) — onun Sberbankdakı hesabında 73,5 milyon rubl, “Alfa-Bank”da isə əlavə 5,7 milyon rubl (birlikdə 968 min dollar) var.
Artyom Şeynin (Birinci kanalın aparıcısı) — təbliğatçılar arasında rekordsmen. Onun “T-Bank”dakı əmanəti 160 milyon rubl (1 milyon 986 min dollar) təşkil edir (21% illik gəlirlə). Bu məbləğ onun 2020-ci ildə Birinci kanalda qazandığı 112 milyon rubl maaşı ilə müqayisə oluna bilər. Şeyninin ailəsinin həmçinin Litvanın Palanqa şəhərində 300 min avrodan baha olan evi var.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ